bazar, 18 yanvar 2026

DİGƏR NÖVLƏR

Milli komandanın heyətində dəyişiklik oldu

07.12.2016 09:01 Oxundu 1828

“Taekvondo üzrə Qran-pri yarışının finalında ölkəmizi Qadınlardan ibarət yığma komandanın üzvlərindən Patimat Abakarova (-49 kq) və Fəridə Əzizova (-67 kq) təmsil edə bilməyəcək”. Bunu Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev deyib. Vitse-prezident açıqlamasında bildirib ki, son dəqiqələrə qədər hər iki idmançının yarışda iştirak etməsi gözlənilirdi. Lakin həkimlərin son rəyinə əsasən, P.Abakarovanın ayaq nahiyəsində, F.Əzizovanın isə bel nahiyəsində zədələrin tam keçmədiyi aşkarlanıb və turnirdə iştirakları məqbul sayılmayıb.

Beləliklə, “Qran-pri” yarışının finalında qadın taekvondoçularımızdan Azərbaycanı Yaprak Eriş (-57 kq) təmsil edəcək.

Komandalararası Dünya Çempionatında isə heyətdə dəyişiklik baş verməyib. Belə ki, ölkəmiz Dünya Çempionatına Safiye Polat (-49 kq), Zeyvi Kərimova (-53 kq), Gülhanım Yeşildal (-57 kq), Yaprak Eriş (-62 kq), Melissa Paqnotta (-67 kq), Reşmiye Oogink (-73 kq) heyəti ilə qatılacaq.