bazar, 18 yanvar 2026

DİGƏR NÖVLƏR

Qızlardan ibarət komandalar arasında final yarışına start verilib

07.12.2016 10:50 Oxundu 1864

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin 2016-cı il üçün vahid idman təqvim planına əsasən 7 dekabr 2016-cı il tarixdə İsmayıllı Olimpiya İdman Kompleksində idman məktəblərinin VII Respublika oyunlarının proqramına daxil olan həndbol üzrə 2003-2004-cü il təvəllüdlü qızlardan ibarət komandalar arasında final yarışına start verilib.
Final yarışında Gəncə, Mingəçevir və Şirvan şəhərlərinin Göygöl,Tovuz, İsmayıllı və Şəmkir rayonlarının komandaları iştirak edib.
Tədbiri İsmayıllı rayon Gənclər və İdman idarəsinin rəisi Taleh Salehov açıb. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sektor müdiri Nicat Həsənov, Həndbol federasiyası İsmayıllı bölməsinin sədri, rayon təhsil şöbəsinin müdiri Rasim Orucov və Rayon İcra Hakimiyyətinin əməkdaşı Namiq Kərimov çıxış ediblər.