07.12.2016 11:27
2148
2148
Yanacaq çatışmazlığı səbəbində qəzaya uğraqmış təyyarə ilə bağlı "Lamia" aviakompaniyasının baş direktoru Qustavo Varqas Boliviyada həbs olunub. Onunla yanaşı şirkətin daha bir neçə əməkdaşı da saxlanılıb. Bundan əlavə, təşkilatın ofisindən araşdırmalar aparılması üçün lazım olan sənədlər götürülüb.
Qeyd edək ki, noyabrın 29-da Kolumbiyanın Medelin şəhərinin yaxınlığındakı dağlıq bölgədə qəzaya uğramış təyyarənin göyərtəsində 77 nəfər, o cümlədən Cənubi Amerika Kubokunun final matçına yollanan "Şapekoense" klubunun 22 nəfər oyunçusu olub. Qəzada yalnız altı nəfər sağ qalıb. Son məlumata görə, qəzaya səbəb yanacaq çatışmazlığı olub.