2062
Kiyev "Dinamo"sunun hücumçusu Andrey Yarmolenko Çempionlar Liqası qrup turnirinin 6-cu turunda "Beşiktaş" üzərində (6:0) qələbədən söz açıb. O deyib: "Məqsəd qalib gəlmək idi. Bunu bacardıq. Belə soyuq havada stadiona gəlmiş azarkeşlərimizə təşəkkür edirəm. Məhz onlar - əsl fanatlarımız barədə yazmaq və danışmaq lazımdır. Biz məhz onlar üçün oynadıq. Onlar yalnız qalib gələndə bizimlə olmurlar, hazırkı çətin durumumuzda da yanımızdadırlar. Bilirsiniz ki, biz hazırda çempionat oyunlarında o qədər də yaxşı təsir bağışlamırıq. "Beşiktaş"ın fanatlarına gəldikdə isə... Biz öz oyunumuzla "Beşiktaş"ı, eləcə də onun fanatlarını cəzalandırdıq. Uşaqlar yaxşı oynadılar. Hesab edirəm ki bu oyuna görə komandanın bütün heyəti tərifəlayiqdirlər".
Məlumat üçün bildirək ki, oyundan öncə Kiyev küçələrində gəzintiyə çıxan türk azarkeşlər rəqibin bayrağını tapdalayıblar."Dinamo"nun bayrağını yerə ataraq üzərinə çıxıb şəkil və video çəkdirən fanatlar bunu coşqu ilə qeyd ediblər. Rəqibə qarşı hörmətsizliyin insidentə çevirlməsinin qarşısını isə yerli polisin müdaxiləsi alıb. Xəbərdarlıqdan sonra toplaşan azarkeşlər dağılışıblar.