bazar, 18 yanvar 2026

DÜNYA FUTBOLU

Klublararası dünya çempionatı başlayır

07.12.2016 11:57 Oxundu 2040

Sabah klublararası dünya çempionatına start veriləcək.Yaponiyada keçiriləcək mundial sayca 13-cü olacaq. Ənənəvi olaraq, yarışda 6 konfederasiyanın Çempionlar Liqasının qalibi, həmçinin təşkilatçı ölkənin ən güclü klubu mübarizə aparacaq. Osaka və Yokohama şəhərlərinin qəbul edəcəyi çempionatda cəmi 8 matç baş tutacaq. Hər dəfə olduğu kimi, yenə Avropa və Cənubi Amerika təmsilçiləri yarışa yarımfinaldan başlayacaq. Bunadək digər 5 komanda iki ən yaxşını müəyyənləşdirməlidi. Mundialın açılış günü Yaponiya çempionu “Kaşima” Okeaniyanın ən yaxşısı “Oklend Siti”ni sınağa çəkəcək.Bu cütün qalibi 3 gündən sonra yarımfinala vəsiqə uğrunda matçda CAR təmsilçisi “Mamelodi Sandaunz”la qarşılaşacaq. Digər yarımfinalçı isə Meksika “Amerika”sı ilə Cənubi Koreya “Conbuk”unun matçında bəlli olacaq. Yalnız bundan sonra, dekabrın 14-15-də iki futbol qitəsinin təmsilçiləri səhnəyə çıxacaq. Bir neçə gün əvvəl “Şapekoense”nin təyyarə qəzası üzündən Sudamerikana kubokunda imtina edən Kolimbiya “Atletiko Nasyonal”ı Libertadores kubokunun sahibi kimi Yaponiyada da qüvvəsini sınayacaq.İspaniya “Real”ı isə tarixində 2-ci dəfə dünya çempionu olmaq üçün “Gündoğar ölkə”yə yollanacaq. Madridlilər ardıcıl 3 il davam edən Avropanın hegemonluğunu davam etdirməyə iddialıdı.

Qeyd edək ki, 13-cü dünya çempionatının finalı dekabrın 18-də keçiriləcək.

Klublararası dünya çempionatı

Pley-off

8 dekabr

1. “Kaşima” (Yaponiya) – “Oklend Siti” (Yeni Zelandiya)

1/4 final

11 dekabr

2. “Conbuk” (Cənubi Koreya) – “Amerika” (Mekska)

3. “Mamelodi Sandaunz” (CAR) – Pley-offun qalibi

5-ci yer uğrunda oyun

14 dekabr

4. 2-ci cütün məğlubu – 3-cü cütün məğlubu

1/2 final

14 dekabr

5. “Atletiko Nasyonal” (Kolumbiya) – 3-cü cütün qalibi

15 dekabr

6. 2-ci cütün qalibi – “Real” (İspaniya)

3-cü yer uğrunda

18 dekabr

7. 6-cı cütün məğlubu – 5-ci cütün məğlubu

Final

18 dekabr

8. 6-cı cütün qalibi – 5-ci cütün qalibi