bazar, 18 yanvar 2026

DÜNYA FUTBOLU

Zinəddin Zidan: "Doğrudan da, mənim bəxtim gətirir"

07.12.2016 12:32 Oxundu 1956

"50 oyunda iki məğlubiyyət... Doğrudan da, mənim bəxtim gətirir. Bir də mən bunu yalnız bəxt amili ilə izah etmək istəməzdim". Bu sözləri "Real"ın baş məşqçisi Zinəddin Zidan UEFA Çempionlar Liqasının qrup mərhələsinin sonuncu VI turunda “Borussiya” (Mönhenqladbax, Almaniya) ilə keçirdikləri matçdan (“Barselona” (İspaniya) – “Borussiya” (Mönhenqladbax, Almaniya) - 4:0) öncə deyib. O daha sonra bildirib: "Mən öz işimi çox sevirəm". Bir də... "Real" böyük klubdur. Bu klub belə bacarıqlı futbolçularla oynamağa mənə imkan verib. İnsan öz işini sevəndə ona həmişə sevgi ilə yanaşır. Bəli, biz bu mövsümdə uduzmamışıq. Amma arxayınlaşmırıq".

O həmçinin vurğulayıb ki, bu zəfərlərdə hər bir oyunçumuzun əməyi var: "Bizim komanda peşəkarlardan ibarətdir və onların kifayət qədər təcrübələri var. Bir sözlə, onların hər biri qələbə acıdırlar. Bununla isə fəxr etməmək olmaz"