bazar, 18 yanvar 2026

BİZİM FUTBOL

"Qəbələ" Almaniyaya yola düşüb

07.12.2016 15:10 Oxundu 2113

Avropa Liqasının qrup mərhələsinin son turunda səfərdə "Maynts"ın qonağı olacaq "Qəbələ" bu gün Almaniyaya yola düşüb. Qeyd edək ki, sabah "Maynts Arena"da keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

“Qəbələ”nin “Maynts”la Almaniyadakı görüşü formal xarakter daşıyır. Hər iki komandanın qrupda qaldığı rəsmiləşdiyindən rəqiblər azarkeşlərini sevindirmək üçün meydana çıxacaq. Yarışın debütantı olan Bundesliqa təmsilçisi mövsümü qələbəylə başa vurmaq, “qırmızı-qaralar” səfərdən ilk xalla dönməkdə iddialıdı. Ardıcıl 6 avrokubok oyununda uduzan Roman Qriqorçukun yetirmələri bu məğlubiyyətlərin beşini qrupda alıb. Yarışın tarixinə qrupu xalsız başa vuran 4-cü komanda kimi düşməmək üçün “Qəbələ” antirekorda imkan verməməlidi.