bazar, 18 yanvar 2026

BİZİM FUTBOL

Muarrem “Qarabağ”ın heyətində 25-ci avrokubok oyununu keçirəcək

07.12.2016 15:18 Oxundu 1950

Dekabrın 8-də UEFA Avropa Liqasının qrup mərhələsinin altıncı turunun “Qarabağ”-“Fiorentina” (İtaliya) qarşılaşması Ağdam təmsilçisinin futbolçusu Muarrem Muarrem üçün yubiley matçı olacaq. Makedoniyalı yarımmüdafiəçi “Qarabağ”ın heyətində 25-ci avrokubok oyununu keçirəcək.

. Qollardan biri Çempionlar Liqasında, üçü isə Avroliqada vurulub.

“Qarabağ”ın heyətində avrokuboklarda ilk dəfə 2013-2014-cü ildə debüt edən M.Muarrem Çempionlar Liqasında beş, Avropa liqasında 19 görüş keçirib.

Azərbaycan azarkeşləri üçün daha çox maraq kəsb edən bu matç Bakıda baş tutacaq. “Qarabağ” İtaliyanın “Fiorentina” klubunu qəbul edəcək. Turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan Ağdam təmsilçisi 1/16 final şansını qoruduğundan Tofiq Bəhramov adına Respublika stadionunda növbəti anşlaqın qeydə alınması gözlənilir.

Lakin Qurban Qurbanovun yetirmələri çətin vəzifənin öhdəsindən gəlməlidi. Səfərdə 1:5 hesabı ilə darmadağın olduğu Florensiya təmsilçisindən qisas almaq asan olmayacaq. Cəzalı Miçel və Maksim Medvedevin yoxluğunda “Böyük beşlik” təmsilçisi üzərində qələbə çətin olduğu qədər də zəruridi.

Çünki bu nəticə “Qarabağ”ı 1/16 finala daşıyacaq. Komandamızın tutacağı yer isə PAOK – “Slovan” görüşündən asılı olacaq. Ağdam klubu 1 xalla da mərhələ keçə bilər. Bunun üçün Yunanıstanda meydan sahibləri qələbə qazanmamalıdı. Cari mövsüm evdə uduzmayan əyalət klubunun üstünlüyü isə daha güclü çempionatda çıxış edən “Fiorentina”nın A seriyasında daha çox güc sərf etməsi və məhz daxili yarışa diqqət ayırmasıdı.