bazar, 18 yanvar 2026

BİZİM FUTBOL

"Ən yaxşısını etməyə çalışacağıq".

07.12.2016 17:36 Oxundu 1946

Avropa Liqasının qrup mərhələsinin VI turunda "Qarabağ"ımız İtaliyanın "Fiorentina" klubunu qəbul edəcək. Komandanın baş məşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında öz fikirlərini bildirib:

"Qrupda son oyunumuzdu. Hər bir oyun nə qədər vacibdisə, digəri ondan da lazımlıdı. Sabahkı görüş də əvvəlkilərdən vacibdi. Rəqibimiz İtaliya komandasıdı. Onlara qarşı oynamaq həmişə çətin olub. Amma doğma meydanımızda çıxış edəcəyik. Üçüncü dəfədi qrupdan çıxmağa çalışırıq. Bu dəfə əvvəlki matçlardan daha diqqətli olmalıyıq. Futbolçuların həmişəkindən daha diqqətli olmaları vacibdi. Onların üzərinə böyük məsuliyyət düşəcək. 90 dəqiqə diqqətli olmalıyıq. Rəqib daima yerdəyişmə edir. Onların təcrübəsi də bizə mane ola bilər. “Fiorentina” digər rəqiblərdən fərqlənir. Bizim də təcrübəmiz var. Mübarizədən qaçmırıq. Ən yaxşısını etməyə çalışacağıq".