07.12.2016 17:42
1991
1991
“Qarabağ”ın futbolçusu Qara Qarayev Avropa Liqasının qrup mərhələsinin son turunda sabah “Fiorentina” ilə keçiriləcək oyun haqda fikirlərini bildirib. O, bu gün keçirilən mətbuat konfransında bunları deyib: “Hələ püşkatmadan sonra hamıda həyəcan var idi. Bizim qrupdan çıxıb-çıxmayacağımızı müzakirə edirdilər. Bu həyacanı davam etdirmək istəyirik. Çətin olsa da, qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik”.