bazar, 18 yanvar 2026

DÜNYA FUTBOLU

"Real" Ronaldosunu iddialardan qurtardı

07.12.2016 17:47 Oxundu 1959

"Real" ulduz futbolçusu Kriştiano Ronaldonun vergidən yayındığı iddiaları ilə bağlı bəyanat yayıb. Klubun saytında yer alan məlumatda qeyd olunur ki, portuqaliyalı hücumçu bütün vergi öhdəliklərini yerinə yetirir və İspaniya vergi xidmətindən alınmış sənədlər də bunu təsdiqləyir. Xatırladaq ki, Ronaldonun İspaniya dövlətinə az vergi ödəmək üçün Vircin adalarındakı ofşor şirkətlərin xidmətindən istifadə etdiyi iddia olunurdu.