1966
.jpg)
"Qarabağ" çox güclü komandalardan biridi. İtaliyadakı görüşün ilk 25 dəqiqəsində onlara qarşı çox əziyyət çəkdik. Lakin dinamik oyunumuz sayəsində qələbə qazandıq". Bu sözlər "Fiorentina"nın baş məşqçisi Paulo Souza Avropa Liqasının qrup mərhələsi çərçivəsində sabah "Qarabağ"la keçiriləcək oyunöncəsi təşkil edilmiş mətbuat konfransında deyib. Onun sözlərinə görə, komandası bütün rəqiblərinə hörmətlə yanaşır: "Qarabağ" xüsusi hörmət etdiyimiz komandadır. Onların güclü yerli və əcnəbi futbolçuları, eləcə də yaxşı məşqçisi var.
O: "Qarabağ"ın adının tarixçəsini bilirsinizmi?" sualına isə belə cavab verib: "Təəssüf ki, bilmirəm. Amma bir şeyi bilirəm ki, bu komanda güclü oyunu sayəsində Avropada yaxşı komanda kimi tanınır".
Qeyd edək ki, mətbuat konfransının sonunda yerli jurnalistlər P. Souzaya "Qarabağ"ın tarixçəsi haqda qısa məlumat verib.
Əlavə edək ki, "Qarabağ" - "Fiorentina" görüşü sabah Bakı vaxtı ilə saat 20:00-da başlayacaq