bazar, 18 yanvar 2026

BOKS

“Qəbələ”nin iki döyüşçüsü dünya çempionu titulunu qazanıb

07.12.2016 21:35 Oxundu 6270

Ukraynanın Xarkov şəhərində təşkil olunan MMA üzrə dünya çempionatı “Qəbələ” İdman Klubu üçün uğurlu alınıb. Dekabrın 3-7-də keçirilən yarışda təmsilçilərimiz iki medal qazanıb. İdman Sarayında baş tutan WMMAF versiyası üzrə çempionatda Hbbasov 90 kq çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək, dünya çempionu tituluna yiyələnib. Əliyev isə eyni nailiyyətə 77 kq çəki dərəcəsində imza atıb.
Beləliklə, “Qəbələ”nin iki döyüşçüsü 2016-cı ilin dünya çempionu titulunu qazanıb.