bazar, 18 yanvar 2026

DÜNYA FUTBOLU

Çempionlar Liqasının qrup mərhələsi başa çatdı

08.12.2016 07:20 Oxundu 1970

Dekabrın 7-də futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub. İkinci oyun günündə “E”, “F”, “G” və “H” qruplarında növbəti səkkiz matç keçirilib.

“E” qrupunun lideri “Monako” (Fransa) səfərdə “Bayer”ə (Almaniya) 0:3 hesabı ilə məğlub olub. Məğlubiyyətə baxmayaraq, fransızlar qrup birincisi kimi növbəti mərhələyə yüksəliblər. Qrupda ikinci yeri isə “Bayer” tutub.

Qrupun digər oyunu Londonda “Tottenhem”lə Moskva “MOİK”i arasında keçirilib. Meydan sahibləri rəqiblərinə 3:1 hesabı ilə qalib gələrək Avropa Liqasında oynamaq hüququ qazanıblar.

“F” qrupunun liderləri “Real” (İspaniya) ilə “Borussiya” (Almaniya) Madriddə qarşılaşıb. Matç 2:2 hesabı ilə başa çatıb. Bu nəticə hər iki komandaya növbəti mərhələyə yüksəlmək imkanı verib.

Qrupun digər görüşündə Lissabonun “Sportinq” klubunu 1:0 hesabı ilə məğlubiyyətə uğradan “Legiya” (Polşa) Avropa Liqasına vəsiqə qazanıb.

“G” qrupunda “Porto” (Portuqaliya) qrupun şəriksiz lideri “Lester”i (İngiltərə) darmadağın edərək (5:0) Çempionlar Liqasında yoluna davam etmək hüququ qazanıb. “Kopenhagen” (Danimarka) isə səfərdə “Brügge”dən (Belçika) üstün olub,-2:0. Bu nəticə “Kopenhagen”ə Avropa Liqasında oynamaq imkanı verib.

“H” qrupuna başçılıq edən “Yuventus” (İtaliya) bunadək xal qazanmayan “Dinamo”nu (Zaqreb) yenə də əliboş yola salıb,-2:0. Səfərdə “Lion”la (Fransa) heç-heçə oynayan (0:0) “Sevilya” (İspaniya) da qitənin ən nüfuzlu turnirində yoluna davam edir. “Lion” Avropa Liqasında mübarizə aparacaq.

Çempionlar Liqası

Qrup mərhələsi, VI tur

7 dekabr

E qrupu

“Bayer” (Almaniya) – “Monako” (Fransa) - 3:0

Qollar: Yurçenko, 30, Brandt, 48, De Sanktis, 82 (öz qapısına)

Baş hakim: Gidiminas Mazeyka (Litva)

“Tottenhem” (İngiltərə) – MOİK (Rusiya) - 3:1

Qollar: Alli, 38, Keyn, 45, Akinfeyev, 77 (öz qapısına) - Caqoev, 33

Baş hakim: Nikola Ritsoli (İtaliya)

1.

Monako

6

3

2

1

9-7

11

2.

Bayer

6

2

4

0

8-4

10

3.

Tottenhem

6

2

1

3

6-6

7

4.

MOİK

6

0

3

3

5-11

3

F qrupu

“Real” (İspaniya) – “Borussiya” (Dortmund, Almaniya) - 2:2

Qollar: Benzema, 28, 53 - Obameyanq, 61, Roys, 87

Baş hakim: Şimon Marçinyak (Polşa)

“Legiya” (Polşa) – “Sportinq” (Portuqaliya) - 1:0

Qol: Gilyerme, 30

Baş hakim: Canluka Rokki (İtaliya)

1.

Borussiya D.

6

4

2

0

21-9

14

2.

Real

6

3

3

0

16-10

12

3.

Legiya

6

1

1

4

9-24

4

4.

Sportinq

6

1

0

5

5-8

3

G qrupu

“Brügge” (Belçika) – “Kopenhagen” (Danimarka) - 0:2

Qollar: Meçele, 9 (öz qapısına), Yorgensen, 15

Baş hakim: Maykl Oliver (İngiltərə)

“Porto” (Portuqaliya) – “Lester” (İngiltərə) - 5:0

Qollar: Silva, 6, 64 (pen.), Korona, 26, Brahimi, 44, Jota, 72

Baş hakim: Feliks Zvayer (Almaniya)

1.

Lester

6

4

1

1

7-6

13

2.

Porto

6

3

2

1

9-3

11

3.

Kopenhagen

6

2

3

1

7-2

9

4.

Brügge

6

0

0

6

2-14

0

H qrupu

“Yuventus” (İtaliya) – “Dinamo” (Zaqreb, Xorvatiya) - 2:0

Qollar: İquayn, 52, Ruqani, 73

Baş hakim: Entoni Teylor (İngiltərə)

“Lion” (Fransa) – “Sevilya” (İspaniya) - 0:0

Baş hakim: Yonas Eriksson (İsveç)

1.

Yuventus

6

4

2

0

11-2

14

2.

Sevilya

6

3

2

1

7-3

11

3.

Lion

6

2

2

2

5-3

8

4.

Dinamo Z.

6

0

0

6

0-15

0