bazar, 18 yanvar 2026

BİZİM FUTBOL

“Qarabağ” həlledici matça çıxacaq

08.12.2016 07:28 Oxundu 2267

Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinin son oyunları baş tutacaq. Təmsilçimiz “Qarabağ” da son turda həlledici matça çıxacaq.

Azərbaycan azarkeşləri üçün xüsusi maraq kəsb edən görüş Bakıda baş tutacaq. Ağdamlılar İtaliyanın “Fiorentina” klubunu qəbul edəcəklər. Turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan Qurban Qurbanovun yetirmələri 1/16 final şansını qoruduğundan Tofiq Bəhramov adına Respublika stadionunda növbəti dəfə anşlaq qeydə alınması gözlənilir.

Avropa Liqası

Qrup mərhələsi

VI tur, 8 dekabr

J qrupu

20:00. “Qarabağ” – “Fiorentina” (İtaliya)

Baş hakim: İvan Bebek

Baş hakimin köməkçiləri: Tomislav Petroviç, Miro Qrqiç

Əlavə köməkçi hakimlər: Ante Vuçemiloviç-Şimunoviç, Qoran Qabrilo

Dördüncü hakim: Qoran Pataki (hamısı Xorvatiya)
Hakim-inspektor: Vasili Melniçuk (Ukrayna)
UEFA nümayəndəsi: Mihael Zoratti (Avstriya)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

1

“Fiorentina”

5

3

1

1

13-5

10

2

“Qarabağ”

5

2

1

2

6-10

7

3

PAOK

5

2

1

2

5-6

7

4

“Slovan”

5

1

1

3

7-10

4