bazar, 18 yanvar 2026

BİZİM FUTBOL

Özil "Arsenal"la vidalaşmaq istəyir?

08.12.2016 08:39 Oxundu 2002

"Arsenal" 28 yaşlı yarımmüdafiəçisi Məsud Özilin satışı barədə təkliflərini dinləməyə hazırdır. "The Telegraph"ın məlumatına görə, əgər o, müqavilənin müddətini uzatmasa, belə bir addım atılacaq.

Qeyd edək ki, hazırda qüvvədə olan müqavilə 2018-ci ilin yayında başa çatır. Tərəflər yeni müqavilə haqda danışıqlar aparırlar, amma hələ razılığa gələ bilmirlər. Əgər Özil müqavilənin müddətini uzatmaq istəməsə, "Arsenal" onun başqa komandaya keçməsi ilə bağlı təkliflərini dinləmək niyyətindədir. Deyilənlərə görə, o, "Mançester Siti", "Çelsi", "Yuventus" və "Real"ın maraq dairəsindədir.

Özil bu mövsüm keçirdiyi 19 oyunda 8 qol vurub və 6 məhsuldar ötürmə edib.