bazar, 18 yanvar 2026

DÜNYA FUTBOLU

"Heç bir komanda 1/8 finalda "Real"la qarşılaşmaq istəməz"

08.12.2016 08:58 Oxundu 2024

Dünən UEFA Çempionlar Liqasında qrup mərhələsinin F qrupunda "Real"la Dortmund "Borussiya"sı "Santyaqo Bernabeu"da qrup liderini müəyyən ediblər. Rəqibindən 2 xal öndə olan almanlara Madriddə heç-heçə də bəs edib - 2:2.

Bu oyunla bağlı təəssüratlarını bölüşən "Real"ın müdafiəçisi Daniel Karvaxal deyib: "Oyunu qalibiyyətlə bitirmək şansımız vardı, lakin rəqib əks-hücumlardan yaxşı bəhrələndi. Üçüncü qolu vurmağa çox cəhd etdik, alınmadı. Əlbəttə, biz qrupumuzun birincisi olmaq niyyətində idik. Bunu bacarmadıq, təəssüflənməyə də dəyməz. Biz artıq 1/8 finaldayıq. Amma mənə bir şey aydındır: "Heç bir komanda 1/8 finalda "Real"la qarşılaşmaq istəməz".

F qrupu

“Real” (İspaniya) – “Borussiya” (Dortmund, Almaniya) - 2:2

Qollar: Benzema, 28, 53 - Obameyanq, 61, Roys, 87

Baş hakim: Şimon Marçinyak (Polşa)

1.

Borussiya D.

6

4

2

0

21-9

14

2.

Real

6

3

3

0

16-10

12

3.

Legiya

6

1

1

4

9-24

4

4.

Sportinq

6

1

0

5

5-8

3