bazar, 18 yanvar 2026

VOLEYBOL

“Telekom”-“Konegliano” oyununu Arturo di Giacomo idarə edəcək

08.12.2016 10:04 Oxundu 2350

Bakının qadınlardan ibarət “Telekom” voleybol komandasının Çempionlar Liqası yarışlarının qrup mərhələsində ilk oyununu idarə edəcək hakimlər müəyyənləşib. Dekabrın 14-də Bakı təmsilçisi səfərdə İtaliyanın “Konegliano” komandasının qonağı olacaq. Görüşün baş hakimi belçikalı Arturo di Giacomo olacaq. Ona rusiyalı həmkarı Andrey Zenoviç kömək edəcək.

Bakı təmsilçisi Çempionlar Liqasının “A” qrupunda “Konegliano”, “Modena” (hər ikisi İtaliya) və “Ximik” (Polşa) ilə qarşılaşacaq.