bazar, 18 yanvar 2026

BİZİM FUTBOL

4 komanda səpələnmişlər səbətində yer alıb

08.12.2016 11:22 Oxundu 2227

Çempionlar Liqasında qrup üçüncüsü olduğu üçün mübarizəni Avropa Liqasında davam etdirəcək komandaların səbətləri bəlli olub. 8 komanda UEFA əmsallarına uyğun şəkildə səbətlərə bölünüb.Reytinqi daha yüksək olan 4 komanda səpələnmişlər səbətində yer alıb. Qonşu Türkiyəni təmsil edən “Beşiktaş” da bu “dördlük”dədi. Onlar Avropa Liqasının 1/16 final mərhələsinin püşkü zamanı qrup birinciləri kimi səpələnəcək.

Səpələnmişlər

“Kopenhagen” (Danimarka)

“Lion” (Fransa)

“Tottenhem” (İngiltərə)

“Beşiktaş” (Türkiyə)

Səpələnməmişlər

“Rostov” (Rusiya)

“Legiya” (Polşa)

“Borussiya” (M, Almaniya)

“Ludoqorets” (Bolqarıstan)

Avropa Liqasında tutduğu yer dəqiqləşənlərdən “Zenit” (Rusiya), “Roma” (İtaliya), “Şaxtyor” (Ukrayna), “Ayaks” (Hollandiya), “Şalke” (Almaniya) və “Sparta” (Çexiya) da səpələnib. “Krasnodar” (Rusiya) isə zəiflər səbətindədi. 1/16 finala vəsiqəni təmin edən APOEL (Kipr), “Olimpiakos” (Yunanıstan), “Genk” (Belçika), “Atletik” (İspaniya), “Anderlext” (Belçika) və “Sent-Etyen”ın (Fransa) tutacağı yer bu gün dəqiqləşəcək.

Azərbaycan təmsilçisi “Qarabağ” “Fiorentina” ilə qarşılaşmanın nəticəsindən asılı olaraq, 1/16 finala yüksələ bilər. Komandamız bunu bacarsa, yer alacağı səbət tutacağı yerdən asılı olacaq.

Qeyd edək ki, Çempionlar Liqası və Avropa Liqasının püşkatması dekabrın 12-də atılacaq.