bazar, 18 yanvar 2026

DÜNYA FUTBOLU

Neymar: "Qızıl top" Messiyə verilməlidir"

08.12.2016 11:52 Oxundu 2081

"Barselona"nın hücumçusu Neymar hesab edir ki, 2016-ci ilin yekunlarına görə argentinalı Lionel Messi "Qızıl top"u almalıdır: "Bilmirəm, "Qızıl top" kimə veriləcək. Mənim üçün yalnız bir namizəd var, o da Lionel Messidir. O, ən keyfiyyətli futbol nümayiş etdirir. Ronaldo da yaxşı oyunçudur. Ona da hörmətim var. Amma hesab edirəm ki, bu mükafata Lionel Messi layiqdir".

Xatırladaq ki, "Qızıl top"a 3 namizəd - Lionel Messi, Kriştianu Ronaldu və Antuan Qrizmann var. "Qızıl topun" təqdimat mərasimi dekabrın 12-də keçiriləcək.