bazar, 18 yanvar 2026

BİZİM FUTBOL

Zidan "Yuventus"la qarşılaşmaq istəmir

08.12.2016 12:13 Oxundu 2127

"İstəməzdim ki, komandam Çempionlar liqasının 1/8 finalında "Yuventus"la qarşılaşsın". Bu sözləri "Real"ın baş məşqçisi Zinəddin Zidan deyib. O daha sonra bildirib: "Amma biz heç nə edə bilmərik, bizə sadəcə püşkatmanın nəticəsini gözləmək qalır". Zidanın sözlərinə görə, "Yuventus" ona doğma komandadır, öz təbirincə desək, onun ürəyidir: "Bir də indi "Yuventus" çox güclüdür".

Qeyd edək ki, Zinəddin Zidan 1996-2001-ci illərdə "Yuventus"un heyətində çıxış edib.