bazar ertəsi, 19 yanvar 2026

BİZİM FUTBOL

“Kəpəz” Bakıda "İnter" ilə oyuna hazırlaşır

08.12.2016 14:04 Oxundu 1974

Azərbaycan kubokunun ¼ final mərhələsində “İnter” ilə qarşılaşacaq “Kəpəz” qarşıdakı oyunun çalışmalarını davam etdirir. Komanda matça Bakıda hazırlaşır.

“Sarı-göylər” “Dalğa Arena”nın süni örtüklü meydançasında məşq edir. Kubok görüşü bu cür meydançada keçiriləcəyindən komanda məhz belə örtükdə hazırlıq keçməyə üstünlük verib.

“Kəpəz” paytaxt təmsilçisi ilə qarşılaşma öncəsi son məşqinə dekabrın 12-də oyunun keçiriləcəyi “İnter Arena”da çıxacaq.