1929

Gələn il təşkil olunacaq IV İslam Həmrəylik Oyunlarının açılış mərasiminə 5 aydan bir az çox vaxt qalıb. Əsas işlərimiz bu gündən başlayır. Yarışı hazırlıq plana uyğun olaraq gedir və heç bir gecikmə yoxdur. Bu sözləri dekabrın 8-də Bakıda IV İslam Həmrəylik Oyunlarına hazırlıq çərçivəsində şef-de-missionların seminarından sonra təşkil olunan mətbuat konfransında gənclər və idman naziri Azad Rəhimov deyib. Nazir bildirib ki, ümid edirik ki, 57 İslam ölkəsinin idmançıları gələn ilin mayında ölkəmizdə təşkil olunacaq mötəbər yarışa qatılacaq və Azərbaycandan xoş təəssüratlarla ayrılacaqlar”.
İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal Abdulaziz Al-Nassar bildirib ki, yarışa 50 ölkədən (Siyahıda Azərbaycanla yanaşı, Səudiyyə Ərəbistanı, Niger, İraq, Somali, İran, Birləşmiş Ərəb Əmirlikləri, Mavritaniya, Banqladeş, Türkmənistan, Liviya, Surinam, Tunis, Komor adaları, Əlcəzair, İndoneziya, Pakistan, Fələstin, Fil Dişi Sahili, İordaniya, Türkiyə, Uqanda, Oman, Əfqanıstan, Mərakeş, Malayziya, Albaniya, Cibuti, Qayana, Tacikistan, Bəhreyn, Kamerun, Qvineya-Bissau, Qırğızıstan, Qambiya, Benin, Nigeriya, Qazaxıstan, Maldiv adaları, Mali, Çad, Mozambik, Suriya, Seneqal, Syerra-Leone, Toqo, Qətər, Qabon, Qvineya və Sudan var) idmançıların qatılacağı təsdiqlənib: "Bu, İslam Həmrəylik Oyunlarının tarixində ilk belə göstəricidir. Azərbaycanın idman arenaları yarışa tam hazırdır. Azərbaycanın çox böyük təcrübəsi və potensialı var. Oyunların əvvəlkilərdən daha yüksək səviyyədə keçəcəyinə əminəm".