2042
Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinin son oyunları baş tutacaq. Təmsilçimiz “Qarabağ” Bakıda son turda həlledici matça çıxacaq. Ağdamlılar İtaliyanın “Fiorentina” klubunu qəbul edəcəklər. Səfərdə 1:5 hesabı ilə darmadağın olduğu Florensiya təmsilçisindən qisas almaq asan olmayacaq. Lakin qələbə çətin olduğu qədər də zəruridi. Çünki bu nəticə “Qarabağ”ı 1/16 finala daşıyacaq. Təmsilçimizin tutacağı yer isə PAOK – “Slovan” görüşündən asılı olacaq. Ağdam klubu 1 xalla da mərhələ keçə bilər. Bunun üçün Yunanıstanda meydan sahibləri qələbə qazanmamalıdı.
Avropa Liqası
Qrup mərhələsi
VI tur, 8 dekabr
J qrupu
20:00. “Qarabağ” – “Fiorentina” (İtaliya)
Baş hakim: İvan Bebek
Baş hakimin köməkçiləri: Tomislav Petroviç, Miro Qrqiç
Əlavə köməkçi hakimlər: Ante Vuçemiloviç-Şimunoviç, Qoran Qabrilo
Dördüncü hakim: Qoran Pataki (hamısı Xorvatiya)
Hakim-inspektor: Vasili Melniçuk (Ukrayna)
UEFA nümayəndəsi: Mihael Zoratti (Avstriya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 6. Dino Ndlovu, 10. Muarem Muarem, 14. Rəşad Sadıqov (k), 15. Rahid Əmirquliyev, 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 99. Dani Quintana
Ehtiyat oyunçular: 1. Boyan Şaranov, 9. Reynaldo, 11. Mahir Mədətov, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 91. Coşqun Diniyev
“Fiorentina”: 12. Çiprian Tataruşanu, 2. Qonzalo Rodrigez (k), 5. Milan Badely, 8. Matias Veçino, 10. Frederiko Bernardeşi, 13. Davide Astori, 15. Maksimiliano Oliviera, 19. Sebastian Kristoforo, 25. Frederiko Kyeza, 30. Kuma Babakar, 40. Nenad Tomoviç
Ehtiyat oyunçular: 1. Luka Lezzerini, 6. Karlos Sançez, 7. Mauro Zarate, 9. Nikola Kaliniç, 18. Karlos Salsedo, 20. Borxa Valero, 72. Josip İliçiç
|
1 |
“Fiorentina” |
5 |
3 |
1 |
1 |
13-5 |
10 |
|
2 |
“Qarabağ” |
5 |
2 |
1 |
2 |
6-10 |
7 |
|
3 |
PAOK |
5 |
2 |
1 |
2 |
5-6 |
7 |
|
4 |
“Slovan” |
5 |
1 |
1 |
3 |
7-10 |
4 |