şənbə, 02 may 2026

DİGƏR NÖVLƏR

Qran-pri turnirinin final mərhələsi başlayır

08.12.2016 18:23 Oxundu 1919

Sabah Bakıda taekvondo üzrə Qran-pri turnirinin final mərhələsi start götürəcək.Taekvondo üzrə Qran-pri turnirinin final mərhələsinin ilk günündə yığma komandamızın iki üzvü mübarizəyə başlayacaq. Rio Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Milad Beigi Harçeqaninin ilk mərhələdə (-80 kq) rəqibi avstraliyalı Hayder Şkara olacaq. Roman Samodurov isə (-58 kq) bu çəkinin reytinqində ilk pillədə yer alan Koreya Respublikasının təmsilçisi Tae-hun Kim ilə döyüşəcək.