bazar ertəsi, 19 yanvar 2026

BİZİM FUTBOL

"Qarabağ" qrupdan çıxa bilmədi

08.12.2016 21:01 Oxundu 2473

Bu gün Ağdamın "Qarabağ" futbol klubu Avropa Liqasının qrup mərhələsinin sonuncu - VI turunda meydana çıxıb. Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika stadionunda İtaliyanın "Fiorentina" komandasını qəbul edib. İvan Bebekin idarə etdiyi oyunda hesabı 60-cı dəqiqədə qonaqlar - Veçino açıb. 73-cü dəqiqədə "Qarabağ" fərqlənib. Reynaldo hesabı bərabərləşdirib. Amma bundan 3 dəqiqə sonra Kyezanın vurduğu qol qonaqlara sevinc bəxs edib: 1:2. Oyun bu hesabla da başa çatıb.

Ağdam klubu bu görüşdə 1:2 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırıb. "Qarabağ" qrupu 3-cü pillədə bitirib. "Fiorentina" isə qrupu birinci pillədə başa vurub. Digər oyunda PAOK "Slovan"a 2:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.

Avropa Liqası

Qrup mərhələsi

VI tur, 8 dekabr

J qrupu

“Qarabağ” – “Fiorentina” (İtaliya) - 1:2

Qollar: Reynaldo, 73 - Veçino, 60, Kyeza, 76

Baş hakim: İvan Bebek

Baş hakimin köməkçiləri: Tomislav Petroviç, Miro Qrqiç

Əlavə köməkçi hakimlər: Ante Vuçemiloviç-Şimunoviç, Qoran Qabrilo

Dördüncü hakim: Qoran Pataki (hamısı Xorvatiya)
Hakim-inspektor: Vasili Melniçuk (Ukrayna)
UEFA nümayəndəsi: Mihael Zoratti (Avstriya)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 6. Dino Ndlovu, 10. Muarem Muarem, 14. Rəşad Sadıqov (k), 15. Rahid Əmirquliyev, 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 99. Dani Quintana

Ehtiyat oyunçular: 1. Boyan Şaranov, 9. Reynaldo, 11. Mahir Mədətov, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 91. Coşqun Diniyev

“Fiorentina”: 12. Çiprian Tataruşanu, 2. Qonzalo Rodrigez (k), 5. Milan Badely, 8. Matias Veçino, 10. Frederiko Bernardeşi, 13. Davide Astori, 15. Maksimiliano Oliviera, 19. Sebastian Kristoforo, 25. Frederiko Kyeza, 30. Kuma Babakar, 40. Nenad Tomoviç

Ehtiyat oyunçular: 1. Luka Lezzerini, 6. Karlos Sançez, 7. Mauro Zarate, 9. Nikola Kaliniç, 18. Karlos Salsedo, 20. Borxa Valero, 72. Josip İliçiç

PAOK – “Slovan” - 2:0

Qollar: Rodrigez, 29, Pelkas, 67

Baş hakim: Andre Marriner

Yan xətt hakimləri: Simon Bek, Harri Lennard

Əlavə köməkçi hakimlər: Robert Madli, Kevin Friend

Dördüncü hakim: Edvard Smart (hamısı İngiltərə)

1

“Fiorentina”

6

4

1

1

15-6

13

2

PAOK

6

3

1

2

7-6

10

3

“Qarabağ”

6

2

1

3

7-12

7

4

“Slovan”

4

1

1

4

7-12

4