bazar, 18 yanvar 2026

BİZİM FUTBOL

Qurban Qurbanov: "Sadə qollar buraxdıq"

08.12.2016 21:39 Oxundu 1794

Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Fiorentina"nı qəbul edən Ağdam klubu meydandan 1:2 hesablı məğlubiyyətlə ayrılıb. Matçdan sonra keçirilən mətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov məğlubiyyəti belə şərh edib: "Məğlub olsaq da, qalib gəlmək üçün çox çalışdıq. "Fiorentina"ya qarşı oynamaq asan deyildi. Futbolçuları topla çox yaxşı davranırlar. Sadə qollar buraxdıq. Amma düşünürəm ki, "Fiorentina"ya qarşı layiqli oyun göstərdik. Bəzən biz də rəqibi topsuz qoyurduq və bu onlara çətinlik yaradırdı. Bu cür havada bizi dəstəkləməyə gələn azarkeşlərə minnətdaram. Sona qədər bizlə oldular. Onları məyus etmək istəməzdik. Rəqibə də uğurlar arzulayıram. İtaliyanın tam fərqli komandasıdı. Onların oyununa baxmaq hər birimiz üçün maraqlıdı. Mən də Avroliqada "Fiorentina"ya azarkeşlik edib, onların oyununa baxacam".