bazar, 18 yanvar 2026

BİZİM FUTBOL

"Qəbələ" xalsız qaldı

08.12.2016 22:56 Oxundu 1820

Bu gün Avropa Liqasının qrup mərhələsinin son turunda "Qəbələ" səfərdə "Maynts"la qarşılaşıb. Roman Qriqorçukun yetirmələri səfərdən ilk xalla dönməkdə iddialı idi. Lakin turnirin debütantı olan Bundesliqa təmsilçisi buna imkan verməyib. Onu da qeyd edək ki, hər iki komanda qrupdan çıxmaq şansını itirdiyindən bu görüş formal xarakter daşıyırdı.

“Qırmızı-qaralar” son turda Almaniyanın “Maynts” klubu ilə qarşılaşıb. Roman Qriqorçuk ötən turun “Anderlext”lə matçı ilə müqayisədə start heyətində 3 dəyişiklik edib. Zədəli Baqali Dabo, cəzalı Rəşad Eyubov, həmçinin Rafael Santos bu dəfə heyətdə yer almayıblar. Əvəzində Vojislav Stankoviç, Rəşad Sadiqov və Sergey Zenyov ilk dəqiqələrdən oyunda olublar.
Qarşılaşmaya Bundesliqa təmsilçisi daha fəal başlayıb. Meydan sahibləri ilk dəqiqələrdən təşəbbüsə yiyələnərək, topa nəzarəti ələ alıb. Lakin “Qəbələ”nin müdafiə xətti uzun müddət etibarlılığı ilə diqqət çəkib. “Maynts” bu səddi yardıqda isə qapıçı Dmitri Bezotosnı dəqiq oynayıb. Əsasən əks-hücumlara üstünlük verən “qırmızı-qaralar”ın meydanın mərkəzini sürətlə keçmək istəyi də reallaşmayıb. Mayntsın eyniadlı təmsilçisi görüşün 30-cu dəqiqəsində istəyinə çatıb. Cərimə meydanındakı qarışıqlıqdan sonra Aleksander Hakın qüvvətli zərbəsi qarşısıalınmaz olub. Hesabı açdıqdan sonra da hücumlarını davam etdirən almaniyalılar 10 dəqiqə sonra fərqi artırıb. Bu dəfə Pablo De Blasis fərqlənib. Ardından “Qəbələ” fərqi azaltmaq imkanı qazanıb. Lakin Nika Kvekveskirinin gözəl ötürməsindən sonra əlverişli mövqeyə çıxan Ürfan Abbasov çərçivəni dəqiq nişan ala bilməyib.
İkinci hissə də eyni ssenari ilə keçib. Düzdür, Qriqorçuk Ruslan Qurbanovu da meydana buraxmaqla hücum xəttini gücləndirməyə çalışıb. Milli üzvü dərhal təhlükəli zərbə ilə yadda qalsa da, top rəqib müdafiəçilərə dəyib. “Maynts” isə hücumlarına ara vermədən müdafiə xəttimizi gərginlikdə saxlayıb. Arxa xətt oyunçularının inamlı oyunu fərqi artırmağa imkan verməyib. Üstəlik, komandanın bir neçə hücumu yaddaqalan olub. Filip Ozobiç və Sergey Zenyovun zərbələri almaniyalılara həyəcan yaşadıb. Lakin ilk zərbə tirin üstündən keçibsə, estoniyalı uzaq küncə düşə bilməyib. Bezotosnı və müdafiə xətti isə rəqibin bütün qol vurmaq cəhdlərinin qarşısını alaraq, hesabın dəyişməsinə imkan verməyib.
Beləliklə, ardıcıl 2-ci dəfə UEFA Avropa Liqasının qrup mərhələsində çıxış edən “Qəbələ” qitə miqyaslı turnirlərdə 2016/17 mövsümünü başa vurub. Bu, komandanın avrokuboklarda yubiley - 30-cu oyunu olub.

Avropa Liqası

Qrup mərhələsi

VI tur, 8 dekabr

C qrupu

“Maynts” (Almaniya) – “Qəbələ” - 2:0

Qollar: Hek, 29, De Blasis, 40

Baş hakim: Simon Li Evans
Baş hakimin köməkçiləri: Qaret Uin Cons, Luis Ross Edvards

Əlavə köməkçi hakimlər: Brayn Markam-Cons, Nik Pratt

Dördüncü hakim: Daniel Bekkett (hamısı Uels)
Hakim-inspektor: Are Habiş (Estoniya)
UEFA nümayəndəsi: İmon Nauqton (İrlandiya)

Maynts. “Maynts Arena” stadionu

“Maynts”: 33. Yanik Hut, 2. Qaulo Donati, 15. Con Kordoba, 16. Stefan Bell, 17. Jairo Sampeyro, 20. Fabian Fray, 22. Andre Ramalyo, 24. Qaetan Busman, 25. Jan Flip Qbamin, 32. Pablo De Blasis, 42. Aleksandr Hek

Ehtiyat oyunçular: 1. Yonas Lösl, 3. Leon Baloqun, 8. Levin Öztunalı, 10. Yunus Mallı, 18. Daniel Brosinski, 36. Aaron Seydel, 38. Qerrit Holtman

Baş məşqçi: Martin Şmidt

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voyslav Stankoviç, 6. Rəşad Sadiqov (k), 7. Nika Kvekveskiri, 9. Sergey Zenyov, 11. Asif Məmmədov, 15. Vitali Vernidub, 19. Filip Ozobiç, 20. Rikardinyo, 27. Teo Uiks, 34. Urfan Abbasov

Ehtiyat oyunçular: 33. David Pietrzkeviç, 4. Elvin Camalov, 10. Ruslan Qurbanov, 17. Məhəmməd Mirzəbəyov, 21. Roman Hüseynov, 30. Petar Franyiç, 44. Rafael

Baş məşqçi: Roman Qriqorçuk

“Anderlext” – “Sent-Etyen” - 2:3

Qollar: Çipisiu, 21, Stansiu, 31 - Soderlund, 62, 67, Mon Pake, 74

Baş hakim: İstvan Kovaçs

Yan xətt hakimləri: Vasile Florin Marinesku, Ovidiu Artene

Əlavə köməkçi hakimlər: Kristian Balay, Marius Avram

Ehtiyat hakim: Valentin Avram

1

“Anderlext”

5

3

2

0

14-5

11

2

“Sent-Etyen”

5

2

3

0

5-3

9

3

“Maynts”

5

1

3

1

6-10

6

4

“Qəbələ”

5

0

0

5

5-12

0