bazar, 18 yanvar 2026

DÜNYA FUTBOLU

Bu komandalar finala çıxdılar

09.12.2016 06:14 Oxundu 1836

Avropa Liqasında qrup mərhələsində keçirilən oyunlardan sonra bütün 1/16 finalçılar bəlli olub

"Sassuolo" - "Genk" matçı əlverişsiz hava şəraiti səbəbindən təxirə düşüb. Bu oyunun nəticəsindən asılı olmayaraq, Belçika klubu 1/16 finala vəsiqə qazanıb.

"Genk"lə yanaşı, "Vilyarreal", "Atletik", "Selta" (hamısı İspaniya), "Anderlext", "Gent" (hər ikisi Belçika), "Roma", "Fiorentina" (hər ikisi İtaliya), AZ, "Ayaks" (hər ikisi Hollandiya), "Zenit", "Krasnodar" (hər ikisi Rusiya),"Olimpiakos", PAOK (hər ikisi Yunanıstan), "Fənərbaxça", "Osmanlıspor" (hər ikisi Türkiyə),
"Mançester Yunayted" (İngiltərə), "Sent Etyen" (Fransa), "Şalke" (Almaniya), "Astra" (Rumıniya), "Şaxtyor" (Ukrayna), "Sparta" (Çexiya), "Hapoel" (Beer-Şeva, İsrail) və APOEL (Kipr) mərhələ adlayıb.

Qeyd edək ki, Çempionlar Liqasında qrup üçüncüsü olan 8 komanda - "Beşiktaş", "Tottenhem", "Borussiya" (Münhenqladbax), "Lion", "Rostov", "Ludoqorets", "Legiya" və "Kopenhagen" də Avroliqanın 1/16 finalında mübarizə aparacaq.