bazar, 18 yanvar 2026

DÜNYA FUTBOLU

...səbətlər açıqlanıb

09.12.2016 19:31 Oxundu 1814

Avropa Liqasında 1/16 final mərhələsinin püşkatmasının səbətləri açıqlanıb. Qrup mərhələsini adlayan 24 komanda, həmçinin Çempionlar Liqasının 8 uğursuzu püşk zamanı 2 səbətə bölünüb.Qrup qalibləri səpələnmiş, ikincilər isə səpələnməmişlər sırasında yer alıb. Digər 8 klub reytinqinə görə bu səbətlərə yerləşdirilib.

Türkiyə klublarının üçü də səpələnib. Belə ki, “Beşiktaş” reytinqinə, “Fənərbaxça” və “Osmanlıspor” tutduğu yerə əsasən güclülər sırasındadı.

Duman üzündən təxirə salınan “Sasuolo” – “Genk” matçının nəticəsindən asılı olaraq, sonuncularla “Atletik”in yerləri dəyişə bilər.

Qeyd edək ki, Çempionlar Liqası və Avropa Liqasının 1/16 finalın püşkatması dekabrın 12-də atılacaq.

Səpələnmişlər

“Kopenhagen” (Danimarka)

“Lion” (Fransa)

“Tottenhem” (İngiltərə)

“Beşiktaş” (Türkiyə)

“Atletik” (İspaniya)

“Ayaks” (Hollandiya)

“Fənərbaxça” (Türkiyə)

“Fiorentina” (İtaliya)

“Osmanlıspor” (Türkiyə)

“Roma” (İtaliya)

“Sent-Etyen” (Fransa)

“Sparta” (Çexiya)

“Şaxtyor” (Ukrayna)

“Şalke” (Almaniya)

“Zenit” (Rusiya)

APOEL (Kipr)

Səpələnməmişlər

“Rostov” (Rusiya)

“Legiya” (Polşa)

“Borussiya” (M, Almaniya)

“Ludoqorets” (Bolqarıstan)

“Alkmaar” (Hollandiya)

“Anderlext” (Belçika)

“Astra” (Rumıniya)

“Genk” (Belçika)

“Gent” (Belçika)

“Hapoel” (Beyer-Şeva, İsrail)

“Krasnodar” (Rusiya)

“Mançester Yunayted” (İngiltərə)

“Olimpiakos” (Yunanıstan)

“Selta” (İspaniya)

“Vilyarreal” (İspaniya)

PAOK (Yunanıstan)