bazar ertəsi, 19 yanvar 2026

DÜNYA FUTBOLU

Messi başladı

10.12.2016 11:20 Oxundu 1796

Lionel Messi yeni müqavilə üçün “Barselona” ilə danışıqlara başlayıb. Bunu İspaniya mətbuatına açıqlamasından komandanın baş məşqçisi Luis Enrike deyib: “Messi müqaviləsinin uzadılması ilə bağlı klubla danışıqlara başlayıb. Təbii ki, bu xəbər məni sakitləşdirir. Messi də bizim ailənin bir hissəsi kimi qalmaq istəyən və yeni müqavilə imzalayacaq futbolçular sırasındadır”.
Xatırladaq ki, bir müddət əvvəl İspaniya mətbuatı Messinin “Barsa” ilə müqaviləni uzatmaq istəmədiyini yazmışdı. Onun hazırkı müqaviləsi 2018-ci ilə qədərdir.