10.12.2016 14:09
1528
1528
Taekvondo üzrə “Qran-Pri” turnirinin final mərhələsinin son günündə daha üç taekvondoçumuz mübarizəyə qoşulub. Rio Yay Olimpiya Oyunlarının qalibi Radik İsaev (+80 kq) Roman Kuznetsovla (Rusiya) qarşılaşmada məğlub olub (0:3).
Ayxan Tağızadə (-68 kq) Koreya Respublikasından Seok-bae Kimə uduzub (3:9).
Yeganə qadın təmsilçimiz Yaprak Eriş (-57 kq) də ilk döyüşünü qalib başa vura bilməyib. O, misirli Hedaya Malakla bacarmayıb (2:14).
Beləliklə, 09-10 dekabr tarixində “Qran-Pri” turnirinin Bakıda keçirilən final mərhələsində taekvondoçularımızdan yalnız Milad Beigi Harçeqani (-80 kq) medal qazanıb. Təmsilçimiz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.