bazar, 18 yanvar 2026

DÜNYA FUTBOLU

"Şapekoense"yə baş məşqçi təyin olundu

10.12.2016 15:08 Oxundu 1770

Futbolçularının əksəriyyətini təyyarə qəzasında itirən Braziliyanın "Şapekoense" komandasına yeni baş məşqçi təyin olunub.

Bu, 50 yaşlı Vaqner Mançinidir. O deyib: "Biz hamımız komandanı dirçəltmək istəyirik. Çox çətin olacaq, amma bu çətinlik bizi qorxutmamalıdır. Tezliklə komandanı toplamaq vacibdir".

V.Mançini məşqçi karyerasına 2004-cü ildə "Paulista"da başlayıb. Bu komandaya Braziliya Kubokunu qazandırsa da, həmin ildən etibarən 13 klub dəyişib.

Qeyd edək ki, "Şapekoense" oyunçularının olduğu təyyarə noyabrın 29-da qəzaya uğrayıb. Nəticədə 22 futbolçudan 19-u, eləcə də Vaqner Mançininin baş məşqçi postunda əvəzlədiyi Kayo Junior dünyasını dəyişib. Cənubi Amerika Kubokunda Kolumbiya "Atletiko Nasional"ı ilə görüşə yollanarkən, bədbəxt hadisə ilə üzləşən komanda turnirin qalibi elan olunub.