bazar, 18 yanvar 2026

DÜNYA FUTBOLU

Aleksandr Səmədov: "Spartak"a keçməyim mənim təşəbbüsüm olmayıb"

10.12.2016 15:48 Oxundu 1934

"Lokomotiv"in sabiq futbolçusu Aleksandr Səmədov "dəmiryolçular"ın məşqçilər korpusunun üzvləri və komanda yoldaşları ilə birgə vida şam yeməyində maraqlı açıqlamalar verib. O deyib: "Lokomotiv"də iki dəfə kubok qazanmışam, iki dəfə bürünc medal almışam. Mən səkkiz ilimi bu klubda keçirmişəm. Bəli, mən "Spartak"ın yetirməsiyəm, bu komandaya pul dalınca getmədim. Bir də, "Spartak"a keçməyim mənim təşəbbüsüm olmayıb. Mənim "Lokomotiv"lə yaxşı müqaviləm vardı. "Spartak"dan mənə zəng edəndə dedim ki, bu məsələ ilə bağlı mənim klubum mövqeyini öyrənmək lazımdır. "Lokomotivin" reaksiyası müsbət oldu. Baxın, mən buna görə "Lokomotiv"i tərk etdim"..

-Doğrudan da, siz "Lokomotiv"in baş məşqçisinin metodlarına etiraz etmisiniz?

- Yox, mən həmişə öz işimi vicdanla yerinə yetirmişəm.

- Karyeranızı "Spartak"da bitirməyi planlaşdırırsınız?

- Bəli, mənim artıq 32 yaşım var.