10.12.2016 16:26
1881
1881
"Mançester Siti"nin" baş məşqçisi Xosep Qvardiola dünya çempionatlarında komandalarının sayının 48-ə çatdırılması ilə bağlı fikirlərini açıqlayıb: "Elə etmək lazımıdır ki, bu keyfiyyətə təsir etməsin. Mən oyunçular barədə də düşünürəm. Onlara da dinclik lazımdır, onlara da istirahət lazımdır. İndi matçlarda 3 oyunçu dəyişikliyinə (zameninə) icazə verilir. Niyə onların sayı 4-ə, 5-ə, 6-ya çatdırılmasın?
Belə olsa, daha çox futbolçu meydana çıxar. Həm də belə olsa, məşqçi oyun zamanı müxtəlif taktikalardan yararlanar. Futbol da bundan qazanar".