bazar, 18 yanvar 2026

DÜNYA FUTBOLU

Mario Balotelli "Qızıl top" sevdasındadır

10.12.2016 16:48 Oxundu 2118

"Nitsa" klubunun oyunçusu Mario Balotelli "Qızıl top" eşqinə düşüb. O, bununla bağlı belə deyib: "Ronaldo və Messi hazırda ən güclü futbolçulardır və hazırda heç kəs onların sırasında dayana bilməz. Amma əgər mən zədə almasam, ili yaxşı başa vursam, onda mənim üçün mümkün olmayan heç nə ola bilməz. Hətta onda "Qızıl top"a da layiq görülərəm". Qeyd edək ki, bu mövsümdə Mario Balotelli 6 oyunda 6 qol vurub. "Nitsa" Fransa çempionatında 16 turdan sonra 39 xalla birinci yerdədir.