1918
"Slovan" Çexiyada çox güclü taktiki gedişlər edərək, "Qarabağ"ı dayandırdı. Komandamız həmin oyunda bir qədər şansını itirməklə yanaşı, elə "Fiorentina" ilə matçı düşünərək, orada istədi ki, 3 xalı qazanıb məsələni böyük ölçüdə həll etsin. Başa düşürdülər ki, "Qarabağ"la "Fiorentina"nın futbolçularını müqayisə etmək olmaz. Belə deyək, "Qarabağ" Çexiyada özü-özünü "yandırdı". Baxmayaraq ki, "Slovan"ı keçmək gücündə idi. Amma bir qədər ümumi yanaşsaq, biz klublarımıza qrupdan çıxmaq tələbini ortaya qoymağımız da doğru olmaz. Yaddan çıxarmayaq ki, 8 komandalı çempionatımız var. İstəklə yanaşı, ortada peşəkarlıq olmalıdır. Ancaq bunun sahəsində önə çıxa bilərik. 2012-ci ildən başlayaraq, klublarımız davamlı olaraq Avropa Liqasının qrupunda oynayırlar. Bunun ardını gətirmək lazımdır. "Qarabağ"ı da çox tənqid etməyə ehtiyac yoxdur. Onlar "Fiorentina" ilə deyil, "Slovan"la matçda şanslarını itirdilər. Mən hətta deyərdim ki, bu, qrupun ilk oyununda baş verdi. Çünki birinci oyunda "Dalğa Arena"da azarkeşlər küsdülər, heç 6-7 minlik stadionu doldurmadılar. Amma "Fiorentina" ilə görüşdə soyuq havada belə 15-20 min tamaşaçı gəlmişdi. Qrupdan çıxmaq üçün daha böyük işlər görülməlidir". Bu sözləri sabiq FİFA referisi Tahir Süleymanov Avropa Liqasının qrup mərhələsində sonuncu - VI turunun oyunları çərçivəsində keçirilmiş "Qarabağ"- "Fiorentina" oyunu ilə bağlı APA TV-yə müsahibəsində deyib.