10.12.2016 19:30
1783
1783
"Tottenhem"in müdafiəçisi Yan Vertongen komandasının baş məşqçisi Maurisio Poçettinodan söz açıb. Belçikalı bildirib ki, "Mançester Yunayted" baş məşqçi seçimində argentinalı mütəxəssisə üstünlük verməli idi: "O zaman söz-söhbət yarandı ki, Maurisio Poçettino "Mançester Yunayted"ə başçılıq edə bilər. Mən onda yaman narahat oldum. Axı "Tottenhem" güclü məşqçisini itirə bilərdi. Əgər mən "Mançester Yunayted"in rəsmisi olsaydım, Maurisio Poçettinonu komandaya baş məşqçi gətirərdim. Hamı bilir ki, o, daha yaxşı məşqçidir. Biz xoşbəxtik ki, Maurisio bizimlə qaldı".
Əlavə edək ki, bir həftə əvvəl Vertongen "Tottenhem" ilə müqaviləsinin müddətini 2019-ci ilədək uzadıb.