bazar, 18 yanvar 2026

DÜNYA FUTBOLU

Enriko: "Bizə qələbə lazım idi"

10.12.2016 20:00 Oxundu 1753

Bu gün İspaniya La Liqasının XV turu çərçivəsində "Barselona" səfərdə "Osasuna"yla üz-üzə gəlib. Matç qonaqların üstünlüyü ilə keçib: 0:3. Hesabı oyunun 59-cu dəqiqəsində Suares açıb. Daha sonra isə Messi iki dəfə (73 və 90 cı dəqiqlərdə) fərqlənib. Oyundan sonra Barsanın baş məşqçisi Luis Enriko deyib: "Biz birinci hissədə yaxşı oynadıq, amma qol vura bilmədik. Aydındır ki, bizə ancaq qələbə lazım idi ki, "Real"dan uzaqlaşmayaq".

Hazırda "Barselona" İspaniya La Liqasının lideri "Real"dan 3 xal geri qalır. Qeyd edək ki, “Real” da bu gün meydana çıxacaq. “Kral klubu” evdə “Deportivo”yla qarsılasacaq.