bazar, 18 yanvar 2026

DÜNYA FUTBOLU

Cianni İnfantino qrup mərhələsində heç-heçə bitən oyunlarda penalti vuruşlarının tətbiqini istəyir

10.12.2016 23:04 Oxundu 1514

FIFA DÇ-2026-nın final mərhələsində bəzi dəyişikliklər etməyə hazırlaşır. Belə ki, ali futbol qurumu mudialın əsas mərhələsində komandaların sayını 48-ə çatdırmaq istəyir. Plana görə ölkələr hərəsində 3 komanda olmaqla 16 qrupda mübarizə aparacaqlar. Növbəti mərhələyə yalnız liderlər yüksələcək. Bundan başqa, FİFA rəhbərli Cianni İnfantino hətta qrup mərhələsində belə heç-heçə bitən oyunlardan sonra penalti vuruşlarının tətbiq olunmasını istəyir. Buna səbəb isə əgər bərabərlik hər iki komandaya sərf edirsə, rəqiblərin bir-biriləri ilə qarşılıqlı anlaşmaya getmək ehtimalının ortadan qaldırılmasıdır.