11.12.2016 08:16
1783
1783
"Barselona"nın yarımmüdafiəçisi Andres İnyesta komandasının səfərdə "Osasuna" ilə oyunundan söz açıb. O deyib ki, komandasının bu oyunda qələbə qazanacağına zərrə qədər də şübhə etməyib: "Evdən uzaqda oynamaq asan olmur. Ancaq biz bu matçda öz oyunumuzu göstərə bildik. Biz qələbə, eyni zamanad göstərdiyimiz oyuna görə xoşbəstik. "Barselona" rəqibinə bir çox təhlükəli anlar yaşatdı. Doğrudur, birinci hissədə fərqlənə bilmədik. Başa düşürdük ki, hakim olduğumuz oyunda rəqib qurtula bilməyəcək. Sonda istəyimizə nail olduq".
Qeyd edək ki, İspaniya La Liqasında XV turunda "Barselona" isə səfərdə "Osasuna"yla qarşılaşıb və qalib gəlib: 0:3