1834
"Real"ın baş məşqçisi Zinəddin Zidan komandasının "Deportivo" üzərindəki qələbəsini şərh edib. O vurğulayıb ki, komandanın hər bir üzvündə özünəinam var: "Biz bilirik ki, birlikdə nəsə əldə edə bilərik. Amma etiraf edim ki, bu, ağır bir oyun oldu. Biz ruhdan düşmədik, sona qədər mübarizə apardıq, xarakter nümayiş etdirdik. Nəticə da ürəkaçan oldu".
Daha sonra komandasının kapitanı Ramosdan danışan Zidan belə deyib: "Ramos xüsusi bir oyunçu, kapitandır. Ramos həmişə inanır ki, inamla oyunun taleyini dəyişmək olar. Odur ki, o, matçlarda həmişə son saniyəyə qədər mübarizə aparır".
Xatırladaq ki, dünən İspaniya La Liqasında 15-ci turunda "Real" öz meydanında "Deportivo" üzərində əzmkar qələbə (Qollar: Morata, 50 (1:0), Joselu, 63 (1:1); 65 (1:2), Diaz, 80 (2:2), Ramos, 90+2 (3:2) qazanıb. Qələbə qolunu ikinci hissənin artırılmış dəqiqələrində komandanın kapitanı Ramos vurub. Qeyd edək ki, xallarının sayını 37-yə çatdıran "Kral klubu" La Liqanın vahid lideridir.