11.12.2016 10:48
1862
1862
Dünən "Mançester Siti" ilə matçda (4:2) het-trik edərək Premyer Liqada qollarının sayını 34-ə çatdıran "Lester"in 29 yaşlı hücumçusu Ceymi Vardi adını komandasının tarixinə yazdıra bilib. Belə ki, komandasının Premyer Liqası tarixindəki ən çox qol vuran futbolçusu olub.
Bununla da o, hərəyə 33 dəfə fərqlənən Emil Heski və Mazzi İzzeti geridə qoyub.