bazar, 18 yanvar 2026

DÜNYA FUTBOLU

Marius Sumudika imtina etdi

11.12.2016 15:42 Oxundu 1658

Türkiyənin "Qaziantepspor" futbol klubuna baş məşqiçi olaraq gəlməli olan rumuniyalı Marius Sumudika ötən gecə Türkiyədə törədilən partlayışdan sonra ölkəyə gəlməkdən imtina edib. Bu barədə Sumudika Rumuniya mediasına açıqlamasında bildirib. Sumudika, Qaziantepsporda məşqiçi işləmək üçün bütün sənədlərin hazır olduğunu, imzalamaq üçün oteldə gözlədiyi vaxt partlayış xəbərini eşitdiyini və təhlükəsizliyə görə Türkiyədə işləmək fikrindən daşındığını bildirib. Sumunika Qaziantepspor klubunun yetkililərinə "bu hadisədən sonra 1 milyonda versəniz burda işləmərəm" dediyi də məlum olub.