bazar, 18 yanvar 2026

DÜNYA FUTBOLU

“Kaşima” yarımfinalda

11.12.2016 19:03 Oxundu 1698

Yaponiyada keçirilən Klublararası dünya çempionatının - sayca 13-cü mundialın ən güclü dördüncü komandası meydan sahibləri “Kaşima” olub. Gündoğar ölkənin təmsilçiləri CAR komandası “Mamelodi Saundaunz”u mübarizədən kənarlaşdırıb – 2:0. Onların finala çıxmaq yolundakı rəqibləri Kolumbiyanın “Atletiko Nasyonal” klubudur. Digər yarımfinalçılar isə Meksika “Amerika”sı və Madrid “Real”ı olacaq.