bazar, 18 yanvar 2026

DÜNYA FUTBOLU

Dieqo Kosta: "Əla formadayam"

11.12.2016 19:28 Oxundu 1774

"Çelsi"nin hücumçusu Dieqo Kosta bu gün İngiltərə Premyer Liqasının 15-cü turunda "Vest Bromviç"ə qarşı keçirdikləri görüşdən söz açıb. (Qeyd edək ki, o bu matçın 76-cı dəqiqəsində qol vurub). O deyib: "Oyunda ən yaxşı üsul hücum etmək, yaxşı müdafiə olunmaqdır. Rəqin də matçın əvvəlində bir neçə qol imkanı oldu. Komandamız yaxşı müdafiə olunmaqla qola imkan vermədi". Kosta özündən də danışıb: "Mən ən əla formadayam".

Məlumat üçün bildirək ki, Kosta cari mövsümdə 12 qol vurub.

11 dekabr

"Çelsi" - "Vest Bromviç" - 1:0

Qol: Dieqo Kosta, 76