11.12.2016 19:55
1711
1711
İtaliya A seriyasında XVI turun oyunları keçirilir. Sabah turun mərkəzi oyunu keçiriləcək. Hazırda 32 xalla müvafiq olaraq 2-ci və 3-cü pillədə qərarlaşmış "Roma" və "Milan" "Olimpiya" stadionunda münasibətlərinə aydınlıq gətirəcəklər. Lakin bu oyunda "Roma"nın hücumçusu Franceçko Totti "Milan"a qarşı oyununu buraxacaq. Bu barədə komandanın baş məşqçisi Luçano Spaletti məlumat verib. O, 40 yaşlı futbolçunun hərarətinin qalxması səbəbindən matçın iştirakçıları sırasına salınmayacağını bildirib.