12.12.2016 07:05
2527
2527
.jpg)
İspaniya La Liqasının 15-ci turunda “Real” öz meydanında “Deportivo”nu 3:2 hesabı ilə məğlub edib. “Kral klubu”nun bütün turnirlər nəzərə alınmaqla, məğlubiyyətsiz oyunlar seriyası 35-ə çatıb. Bu isə klub tarixində yeni rekorddur. Buna qədər “Real”ın ən uzun məğlubiyyətsiz oyunlar seriyası 34 olub. Bu nəticə 1989-cu ildə Leo Benhakkerin baş məşqçi olduğu vaxt qeydə alınıb.
Qeyd edək ki, “Real” sonuncu dəfə bu ilin 6 aprelində, Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk matçında səfərdə “Volfsburq”a uduzun - 0:2.