bazar, 18 yanvar 2026

DÜNYA FUTBOLU

Dieqo Simeon Qrizmanndan gileylənib

12.12.2016 07:23 Oxundu 1652

"Qrizmann yaxşı bilir ki, futbolçunun uğurlu və uğursuz etapları olur. Hazırda Qrizmann rəqib qapısına az hallarda yol tapır. Amma onun oyunu komanda üçün olduqca vacibdir. O, öz oyununu yaxşılaşdırmağı düşünməlidir". Bu sözləri “Atletiko”nun baş məşqçisi Dieqo Simeon deyib. O, son vaxtlar Qrizmannın rəqib qapısına yol tapmaqda çətinlik çəkdiyini bildirib.

Qeyd edək ki, Qrizmann İspaniya çempionatında keçirdiyi 13 oyunda 6 qol vurub, onun ötürmələrindən dördü isə qolla nəticələnib.