bazar, 18 yanvar 2026

DÜNYA FUTBOLU

Avrokubokların 2017/18 mövsümünün təqvimi müəyyənləşib

12.12.2016 10:07 Oxundu 1725

Avrokubokların 2017/18 mövsümünün təqvimi müəyyənləşib. apasport-un məlumatına görə, qarşıdakı mövsümün püşkatma və oyun günlərinin tarixi açıqlanıb. Azərbaycanı qitədə təmsil edəcək ən güclü 4 klubumuz – Topaz Premyer Liqasının 3 mükafatçısı və kubokun qalibi iyunun 19-nu gözləyəcək. Həmin gün İsveçrənin Nyon şəhərində Çempionlar Liqası və Avropa Liqasının ilk 2 təsnifat mərhələsinin püşkü atılacaq. Azərbaycan çempionu II, digər üç komandamız I təsnifat mərhələsindən mübarizəyə başlayacaq.

Avropa Liqasının finalı mayın 16-da Fransanın Lion şəhərində, Çempionlar Liqasının həlledici oyunu mayın 26-da Ukraynanın paytaxtı Kiyevdə baş tutacaq.

“Apasport” tam təqvimi bəlli olan avrokubokların 2017-ci ilə təsadüf edəcək I hissəsinin - təsnifat mərhələləri və qrupların oyunlarının, həmçinin püşkatmasının tarixlərini təqdim edir:

19 iyun 2017

Çempionlar Liqası və Avropa Liqasında I və II təsnifat mərhələlərinin püşkatması

27-28 iyun

Çempionlar Liqası, I təsnifat mərhələsi, ilk oyunlar

29 iyun 2017

Avropa Liqası, I təsnifat mərhələsi, ilk oyunlar

4-5 iyul 2017

Çempionlar Liqası, I təsnifat mərhələsi, cavab oyunları

6 iyul 2017

Avropa Liqası, I təsnifat mərhələsi, cavab oyunları

11-12 iyul 2017

Çempionlar Liqası, II təsnifat mərhələsi, ilk oyunlar

13 iyul 2017

Avropa Liqası, II təsnifat mərhələsi, ilk oyunlar

14 iyul 2017

Çempionlar Liqası və Avropa Liqasında III təsnifat mərhələsinin püşkatması

18-19 iyul 2017

Çempionlar Liqası, II təsnifat mərhələsi, cavab oyunları

20 iyul 2017

Avropa Liqası, II təsnifat mərhələsi, cavab oyunları

25-26 iyul 2017

Çempionlar Liqası, III təsnifat mərhələsi, ilk oyunlar

27 iyul 2017

Avropa Liqası, III təsnifat mərhələsi, ilk oyunlar

1-2 avqust 2017

Çempionlar Liqası, III təsnifat mərhələsi, cavab oyunları

3 avqust 2017

Avropa Liqası, III təsnifat mərhələsi, cavab oyunları

4 avqust 2017

Çempionlar Liqası və Avropa Liqasında IV təsnifat mərhələsinin püşkatması

15-16 avqust 2017

Çempionlar Liqası, IV təsnifat mərhələsi, ilk oyunlar

17 avqust 2017

Avropa Liqası, IV təsnifat mərhələsi, ilk oyunlar

22-23 avqust 2017

Çempionlar Liqası, IV təsnifat mərhələsi, cavab oyunları

24 avqust 2017

Çempionlar Liqasının qrup mərhələsinin püşkatması

24 avqust 2017

Avropa Liqası, IV təsnifat mərhələsi, cavab oyunları

25 avqust 2017

Avropa Liqasının qrup mərhələsinin püşkatması

Əsas mərhələ

12-13 sentyabr 2017

Çempionlar Liqası, I tur

14 sentaybr 2017

Avropa Liqası, I tur

26-27 sentyabr 2017

Çempionlar Liqası, II tur

28 sentyabr 2017

Avropa Liqası, II tur

17-18 oktyabr 2017

Çempionlar Liqası, III tur

19 oktyabr 2017

Avropa Liqası, III tur

31 oktyabr/1 noyabr 2017

Çempionlar Liqası, IV tur

2 noyabr 2017

Avropa Liqası, IV tur

21-22 noyabr 2017

Çempionlar Liqası, V tur

23 noyabr 2017

Avropa Liqası, V tur

5-6 dekabr 2017

Çempionlar Liqası, VI tur

7 dekabr 2017

Avropa Liqası, VI tur

11 dekabr 2017

Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatması

11 dekabr 2017

Avropa Liqasının 1/16 final mərhələsinin püşkatması